AZ

Türkiyə HDQ-nin “TCG İzmir” və “TCG İzmit” freqatları suya endirilib

MİLGEM layihəsi çərçivəsində STM və TAİS şirkətləri tərəfindən Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) üçün birgə inşa edilən İSTİF (“İ”) sinifli “TCG İzmir” (F-516) və “TCG İzmit” (F-517) freqatları suya endirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesini başqanı Haluk Görgün özünün “X” hesabında paylaşım edib.

Paylaşımda F-516 və F-517 freqatlarının 80% nisbətində yerlilik həcminə sahib olduqları və yüksək texnologiyaları sistemlərlə təchiz edildikləri bildirilib.

Xatırladaq ki, MİLGEM layihəsi çərçivəsində STM-TAİS-in inşa etdiyi ilk İSTİF sinifli “TCG İstanbul” (F-515) freqatı ötən ilin yanvar ayında Türkiyə HDQ-yə təhvil verilib.

Seçilən
28
poliqon.az

1Mənbələr