AZ

İspaniyada medal qazanan Azərbaycan atleti: "Nəticəmin daha yaxşı olacağını düşünürdüm"

Nəticəmin daha yaxşı olacağını düşünürdüm.

Bunu "Report"a açıqlamasında Azərbaycan atleti Nazim Babayev İspaniyanın Sabadell şəhərində keçirilən turnirdə bürünc medal qazanması ilə bağlı danışarkən deyib.

Uzunluğa tullanma növündə uğurlu çıxış edən 27 yaşlı idmançı yarışda motivasiyasının yüksək olduğunu bildirib:

"Bu, mövsümün ilk turniri idi. Özümü daha yaxşı hiss edirdim. Arenaya da motivasiyalı çıxmışdım. Yaxşı da köklənmişdim. Amma bəzən 3-4 aylıq fasilədən sonra ilk yarışlarda istədiyin nəticə olmur".

N.Babayev cari mövsüm daha yüksək əyarlı mükafatlar əldə edəcəyinə inandığını söyləyib:

"Qarşıda yenə yarışlarmız olacaq. Yanvarın 25-də Qazaxıstanın paytaxtı Astanada Qış Atletika Turunun qızıl səviyyəli turniri gerçəkləşəcək. Ora dəvət almışam və mübarizə aparacağam. Orada da ilk "3-lük"də qərarlaşmağı planlaşdırıram. Hədəfim budur. Ondan sonra öz nəticəmi 7.80 və 7.90 metr civarına çatdırıb Avropa çempionatına lisenziya əldə etmək niyyətindəyəm".

Qeyd edək ki, Nazim Babayev 7,44 metr nəticə ilə üçüncü yeri tutub.

Seçilən
10
2
report.az

3Mənbələr