AZ

Cənubi Koreya Trampın Şimali Koreya ilə bağlı planlarından xəbər tutub

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla dialoqa can atması ehtimalı var.

Editor.az Yonhap-a istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin Milli Assambleyaya göndərdiyi hesabatda deyilir. Jurnalistlər Trampın Şimali Koreya lideri ilə danışıqlara ilk prezidentliyinin böyük uğuru kimi baxdığını yazır. Hesabatda qeyd edilir ki, bu kontekstdə Şimali Koreya nüvə proqramının müvəqqəti dondurulması mənasına gələn “kiçik razılaşma” əldə edə bilər.

Cənubi Koreya kəşfiyyat xidməti belə bir vəziyyəti ABŞ-ın Almaniyadakı keçmiş səfiri Riçard Qrenellin Ağ Evin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsinə, ABŞ-ın Şimali Koreya məsələləri üzrə xüsusi nümayəndəsinin keçmiş müavini Aleks Vonqun isə milli müavin təyin edilməsi ilə bir araya gəlməsi kimi qiymətləndirir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
3
editor.az

1Mənbələr