Çində düyünün dadı, o cümlədən görünüşü və teksturası son 16 ildə yaxşılaşıb. Bu barədə yanvarın 13-də "South China Morning Post" məlumat yayıb.“Düyün dad reytinqi 2008-ci ildə yenilənmiş milli standarta əsaslanır və bu standart ümumi reytinq əldə etmək üçün məhsulu soyuq düyünün görünüşü, qoxusu, dadlılığı və teksturasına görə qiymətləndirir”, - deyə nəşr qeyd edib.Nəşrin yazdığına görə, genetik təkmilləşdirmələr və becərmə şəraitinə nəzarət düyünün keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayıb.Qeyd olunur ki, Çin ötən il ümumi qlobal istehsalın 28%-ni təşkil edərək dünyanın ən böyük düyü istehsalçısıdır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta