Abşeronda bədbəxt hadisə baş verib.
Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.
Zavod ərazisində beton hasarın uçması nəticəsində orada fəhlə işləyən iki Pakistan vətəndaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. 2003-cü il təvəllüdlü Harı Prakashın xəstəxanada ölüb.
Fakt araşdırılır.