AZ

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialının retrospektiv və perspektiv istiqamətlərinə dair tədqiqatlar nəşr edildi

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ötən ilinaprelində keçirilən “Qərbi Azərbaycanın İqtisadi İnkişafPotensialı: Retrospektiv Təhlil və Gələcəyə Baxış” respublikaelmi-praktik konfransının materialları geniş oxucu kütləsi üçünkitab şəklində çapdan çıxıb.

Trend xəbərverir ki, bu barədə AzMİU məlumat yayıb.

Bildirilib ki, AzMİU-nun Elmi Şurasının qərarı ilə işıq üzügörən nəşr mövzu ilə bağlı məruzə və tədqiqatları əhatə edib.Kitabda Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialınınretrospektiv və perspektiv istiqamətləri, sosial-iqtisadiproblemləri, memarlıq irsi, tarixi-etnoqrafik faktlar, həmçininbölgənin iqtisadi və strateji əhəmiyyəti geniş şəkildə təhlilolunub.

Universitetin Biznesin iqtisadiyyatı və menecmenti kafedrasınınmüdiri professor Məhəbbət Məmmədovun elmi redaktorluğu iləhazırlanan kitabda AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova,AMEA-nın müxbir üzvü Misir Mərdanov, Qərbi Azərbaycan İcmasınınsədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ilə yanaşı elmitədqiqat institutlarının alimləri, iqtisadçılar, gənctədqiqatçıların məqalələri də yer alır. Nəşr həm elmi mühit üçün,həm də Qərbi Azərbaycanın iqtisadi, sosial və tarixi tədqiqatlarınamaraq göstərən hər kəs üçün dəyərli bir mənbədir.

Bu nəşr, yalnız elmi və tarixi həqiqətləri üzə çıxarmaqlakifayətlənməyərək, həm də Qərbi Azərbaycanın iqtisadiperspektivləri barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq,bölgənin inkişafı üçün yeni ideya və təkliflərin irəli sürülməsiməqsədini daşıyır. AzMİU-nun Biznesin iqtisadiyyatı və menecmentkafedrasının müdiri professor Məhəbbət Məmmədovun elmi redaktorluğuilə hazırlanan bu kitab, Qərbi Azərbaycan mövzusunda elmiaraşdırmaların dərinləşdirilməsi və gələcəkdə bu istiqamətdə dahageniş miqyaslı tədqiqatların aparılması üçün zəngin və qiymətli birvəsaitdir.

Məqalədə:
Seçilən
9
5
az.trend.az

6Mənbələr