Bakı. Trend:
Heydər Əliyev Beynəlxalq Aeroportu ətraf mühitin qorunması vəekoloji dayanıqlığın təmin olunması istiqamətində də fəal işaparır.
Aeroportun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hava limanındabu tədbirlər çərçivəsində karbon qazı tullantıları 8%azaldılıb.
Bildirilib ki, sistemlərin modernləşdirilməsi nəticəsində 260kVt/saat elektrik enerjisinə qənaət edilib.
Eyni zamanda, vurğulanıb ki, hava limanı Airport CarbonAccreditation (ACA) proqramının ikinci səviyyəsi olan "Azaltma"(Reduction) mərhələsinə nail olub.
“2025-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu marşrutşəbəkəsinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi yoluilə xidmət keyfiyyətinin yüksəldilməsi, təhlükəsizlikstandartlarının gücləndirilməsi və aviasiya əməliyyatlarınıntəhlükəsizliyinin prioritet olaraq saxlanılması, eləcə də, karbonizinin daha da azaldılması və ekoloji cəhətdən təmiz həllərintətbiq olunması istiqamətində inkişafını davam etdirəcək”, - deyəməlumatda qeyd olunub.