Amerikalı iş adamı İlon Mask Böyük Britaniyanın baş naziri Keir Starmeri ABŞ prezident seçkilərinə xələl gətirmək cəhdində ittiham edib.
Belə ki, X sosial şəbəkəsində Mask bir istifadəçinin Böyük Britaniyanın baş nazirinin Trampın andiçmə mərasiminə dəvət edilməməsi ilə bağlı paylaşımına münasibət bildirib.
“ABŞ seçkilərini pozmaq üçün Amerikaya agentlər göndərdi!” – amerikalı iş adamı qeyd etdi.
Bundan əvvəl Böyük Britaniyanın keçmiş baş naziri Liz Truss 2022-ci ildə “iqtisadiyyatın çökməsində” rolu ilə bağlı sözlərinə görə hazırkı baş nazir Keir Starmeri məhkəməyə verməklə hədələmişdi.
DOĞRU.AZ