Bakı. Trend:
Ötən il strateji inkişaf planı çərçivəsində Heydər ƏliyevBeynəlxalq Aeroportunda mühüm infrastruktur layihələri icraedilib.
Aeroportun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, beynəlxalqstandartlara uyğun uçuş-enmə zolaqlarından birinin tamamilə yenidənqurulması və ümumi uzunluğu 4,332 metr olan yeni sürmə yollarınıntikintisi və əsaslı təmiri həyata keçirilib.
Qeyd olunub ki, sərnişin təcrübəsini yaxşılaşdırmaq məqsədiləmüasir uçuşa qeydiyyat (Self Check-In) və baqaj təhvili(Self-service Baggage Drop-Off) üçün özünəxidmət köşkləriquraşdırılıb.
Bildirilib ki, bu da gözləmə müddətini qısaltmaq, uçuş öncəsiprosedurları sadələşdirmək və sərnişinlər üçün səyahəti daha çevikvə rahat edir.