Mersində 4 şübhəli terror təşkilatı PKK/KCK-nın təbliğatını apardıqları səbəbilə həbs olunub.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, terror təşkilatının təbliğatını apardıqları iddia edilən şəxslərin tutulması üçün istintaq başladılıb.
Mersin Respublika Baş Prokurorluğunun koordinasiyasında Akdeniz və Silifke rayonlarında müəyyən ünvanlarda eyni vaxtda əməliyyat keçirilib. Saxlanılan şübhəlilərin evlərində aparılan axtarışlar zamanı təşkilata aid sənədlər və rəqəmsal materiallar ələ keçirilib.