ABŞ prezidenti Co Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Missiya.Az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilir ki, həmsöhbətlər İsrail və HƏMAS arasında girovların mübadiləsinə dair razılaşmanı müzakirə edib.
Məlumata görə, Bayden Qəzzada dərhal atəşkəsə ehtiyac olduğunu, girovların qaytarılmasının və saziş çərçivəsində hərbi əməliyyatların dayandırılması ilə mümkün olan humanitar yardımın artırılmasının vacibliyini vurğulayıb.
Daşqın HəsənovMissiya.Az