UEFA Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan Rumıniyanın FCSB klubu Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışını davam etdirir.
Fanat.Az xəbər verir ki, sözügedən komanda hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
Rumınlar Kiyev “Dinamo”su ilə qarşılaşıb. Görüş Ukrayna təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 2:1. Oyunun gedişində 0:2 geri düşən buxarestlilərin yeganə qolunu David Miçulesku vurub.
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionda keçiriləcək “Qarabağ” – FCSB oyunu saat 21:45-də başlayacaq.