AZ

Xəstəxanadan qaçdı, satıcının burnunu dişləyib öldü

Rusiyanın Samara vilayətində xəstəxanada olan xəstə tibb müəssisəsindən çılpaq şəkildə qaçaraq supermarketdə satıcının burnunu dişləyib. 

Söz.az “Mash” “Telegram” kanalına istinadən xəbər verir ki, kişi əvvəlcə küçə ilə qaçaraq “hamını aldadırlar” deyə qışqırıb. Daha sonra o, mağazaya daxil olub və orada işçiyə hücum edərək onu vuraraq dişləyib. Həmin an qadının burnunun ucunu qopub.

Hadisəni törədən şəxs ərzaq almaq üçün içəri girən polis əməkdaşı tərəfindən saxlanılıb. Daha sonra qeyri-adekvat hərəkətlər edən kişi xəstəxanaya çatdırılıb və orada ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Məlum olub ki, xəstəxanadan qaçan xəstə bir neçə saat əvvəl evdə sobada yemək qızdırıb və az qala mənzili yandırıb. Bundan sonra o, xəstəxanaya aparılıb və oradan qaçıb.



Seçilən
6
soz.az

1Mənbələr