Türkiyədə Beşiktaş bələdiyyəsinin sədri Rıza Akpolat həbs olunub.
“Cebheinfo.az” xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, bələdiyyə sədri cinayətkar dəstəyə qarşı polisin keçirdiyi əməliyyat nəticəsində həbs olunub.
Qeyd edək ki, Türkiyədə bələdiyyə sədrlərinə rüşvət verərək müxtəlif layihələrin alınmasında ittiham olunan cinayətkar dəstəyə qarşı Türkiyə Prokurorluğunda araşdırmalar başladılıb.