İçərisində 2,2 ton partlayıcı olan 200-dən çox tank əleyhinə minanın itməsi ilə bağlı qalmaqal Polşa Silahlı Qüvvələrinə Dəstək Müfəttişliyinin rəisi vəzifəsində çalışmış polşalı general-mayor Artur Kepçinskinin işdən çıxarılmasına səbəb olub...
Poliqon xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.
Polşanın "Onet" nəşrinin məlumatına görə, 40 qutuya yığılmış minalar 11 gün ərzində qeydiyyatsız səyahət edib və sonda IKEA-nın anbarlarından birinə düşüb.
Hadisə 2024-cü ilin iyulunda, TM-62M minalarının Şeçin yaxınlığındakı hərbi anbardan daşındığı zaman baş verib. Onları boşaltmağa cavabdeh olan əsgərlər bəzi minaları görmədilər və onlar Polşa ərazisinə doğru gediblər. General Kepçinski hadisədən xəbərdar olub, lakin bu barədə məlumat vermədi və heç bir tədbir görməyib.
İtkinin üstü açılandan sonra prokurorluq araşdırmalara başlasa da, işdə irəliləyiş olmayıb. İstintaq zamanı hərbi əmlaka düzgün nəzarət etməməkdə ittiham olunan əsgərlərdən biri təzyiqlərə tab gətirə bilməyib və intihar edib.
Poliqon.info