AZ

Yayılma riskləri: Nüvə silahları nəzarətdən çıxır – “WSJ”-ARAŞDIRMA

Yazını böyüt
Yazını kiçilt

"Dünyanın aparıcı dövlətləri nüvə arsenallarının azaldılmasının planeti daha təhlükəsiz edəcəyi ilə bağlı razılığa gəldilər, lakin bu dövr bitdi".

Hafta.az bu araşdırma materialı Bu barədə “TSN” və “The Wall Street Journal” nəşrlərinə istinadla təqdim edir:

Silahlara nəzarət zəifləyir, nüvə dövlətləri öz arsenallarını artırır və silahların yayılması riski artır. Hərbi üstünlük üçün taktiki nüvə silahlarının istifadəsi getdikcə daha çox nəzərdən keçirilir.

Nüvə müharibəsi qorxusu 1945-ci ildə Nyu Meksikoda ilk nüvə partlayışından sonra yaranıb. 1963-cü ildə prezident Con Kennedi Soyuq Müharibə zamanı nüvə silahının bir çox ölkələrə yayılması təhlükəsi barədə xəbərdarlıq etmiş və bunu “ən böyük təhlükə” adlandırmışdı…

Son onilliklər ərzində qlobal təhlükəsizlik sistemi nüvə silahından istifadənin ən pis nəticələrinin qarşısını almaq üçün beynəlxalq müqavilələrə, texniki məhdudiyyətlərə və qarşılıqlı çəkindirmə prinsipinə əsaslanır. Lakin bu mexanizmlər tədricən məhv edilir…

Sazişlərin qüvvədən düşməsi…

Nüvə silahı ehtiyatları 1980-ci illərdə pik həddinə çatdıqdan sonra azalmağa başlayıb, buna qismən ABŞ və Sovet İttifaqı arasında 1991-ci il "START"(yaxud rusca “CNV”- strateji hücum silahlarının ixtisarı haqqında) müqaviləsi kimi razılaşmalar səbəb olub. Bu razılaşmalar indi təhlükə altındadır, əsas razılaşmalar ləğv edilir və nüvə başlıqlarının sayına məhdudiyyətlər tezliklə başa çatacaq.

Rusiya və Çindən gələn yeni təhdidlərə cavab olaraq ABŞ nüvə arsenalını genişləndirmək zərurətindən danışır ki, bu da yeni silahlanma yarışına səbəb ola bilər.

Bu arada, artıq əhəmiyyətli nüvə potensialına malik olan Çin 2035-ci ilə qədər onu yetərli dərəcədə artırmağı planlaşdırır. Bununla belə, Pekin ABŞ və Rusiya ilə silahlara nəzarətlə bağlı danışıqlardan imtina edir.

Taktiki silahların riskləri…

Strateji nüvə ehtiyatları azalsa da, taktiki nüvə silahları artan narahatlığa çevrilib. Daha aşağı gücü və məhdud diapazonu səbəbindən onlar adi münaqişələrdə istifadə edilə bilər. Moskva bu cür silahların Ukraynaya qarşı müharibədə istifadə oluna biləcəyinə eyham vurub, hətta noyabrda onların tətbiqi şərtlərini genişləndirib…

Nüvə silahlarının yayılması

Nüvə Silahlarının Yayılmaması Müqaviləsində təsbit olunmuş nüvə silahının yayılmasının qarşısını almaq üçün səylər zəifləyir. Müqavilənin əksər ölkələr tərəfindən imzalanmasına baxmayaraq, bəzi ölkələr ona qoşulmayıb, Şimali Koreya isə müqavilədən tamamilə çıxıb. İran nüvə silahı hazırlamağa yaxınlaşır və Səudiyyə Ərəbistanı da ondan nümunə götürməyə hazırdır…

Yeni çağırışlar…

ABŞ nüvə silahlanmasının qarşısının alınması siyasətini dəyişə bilər. Məsələn, Bayden administrasiyasının Ukraynanın Rusiya ərazisində Qərb raketlərindən istifadəsinə icazə verməsi Rusiyanın nüvə təhdidləri qorxusunun artıq onların hərəkətlərində müəyyənedici amil olmadığını göstərə bilər.

Xatırladılır ki, daha əvvəl Rusiyanın guya orbitə nüvə bombası yerləşdirməyi planlaşdırdığı barədə məlumatlar yayılmışdı...

Seçilən
21
50
hafta.az

10Mənbələr