AZ

Amerikalı nazirdən şok addım: 700 milyon dollarlıq...

ABŞ maliyyə naziri vəzifəsinə təyin olunmaq üçün yolunu davam etdirən Skott Bessent “Bitcoin ETF” holdinqləri də daxil olmaqla 700 milyon dollarlıq səhmlərini sataraq maraqların toqquşmasından qaçacağını açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, Donald Trampın maliyyə naziri vəzifəsinə namizədi Skott Bessent vəzifəyə başlamazdan əvvəl maraqlar toqquşmasının qarşısını almaq üçün böyük aktivlərin satışını həyata keçirir. 

Bessent “Bitcoin ETF” səhmləri də daxil olmaqla, 700 milyon dollar dəyərində aktivlərdən imtina edəcəyini açıqlayıb. 

Bu radikal qərar Bessentin yeni vəzifəsinə sadiqliyini və şəffaflığını nümayiş etdirir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən Maliyyə Nazirliyinə tövsiyə edilən Skott Bessent, vəzifədə olduğu müddətdə potensial maraq toqquşmalarının qarşısını almaq üçün bütün var-dövlətlərindən əl çəkəcəyini açıqlayıb. 

Keçmiş səhmdar investisiya fondunun meneceri olan milyarder Bessent, Senatda təsdiqləmə prosesindən əvvəl 700 milyon dollar satacaq.

Bessentin portfelinə 250 000 - 500 000 dollar arasında dəyişən “Bitcoin ETF” səhmləri daxildir. 

İş adamı Corc Sorosun keçmiş həmkarı Bessentin, “Goldman Sachs”dan 50 milyon dollardan çox marja krediti, Çin valyutasına əsaslanan əməliyyatlar və mühafizəkar media qurumu “All Seasons”dakı  səhmlərə malikdir. 

Bessent Maliyyə Nazirliyinə yazdığı məktubda “Mən maliyyə naziri vəzifəsinə təyin olunsam, bütün mümkün maraq toqquşmalarından uzaq duracağam” deyib. 

Kriptovalyuta bazarlarına dəstəyi ilə tanınan Bessentin Tramp administrasiyasının vergi endirimi siyasətini davam etdirəcəyi və sosial müdafiə vergilərinin ləğvi kimi sərt iqtisadi qərarları idarə edəcəyi gözlənilir. 

Bessent həmçinin bank kreditlərini artırmaq və enerji istehsalını təşviq etmək üçün vergi islahatlarını və azaldılmış qaydaları dəstəkləyir.

Ötən ilin oktyabrında çıxış edən Bessent yeni administrasiyanın Vaşinqton siyasətinə uyğun olaraq güclü dollar siyasətini qəbul edəcəyini vurğulayıb.

Seçilən
3
cebheinfo.az

1Mənbələr