Türkiyənin Balıkesir vilayətində işçiləri daşıyan avtobusun iştirakı ilə yol qəzası baş verib.Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki. yağışlı hava şəraiti ilə əlaqədar avtobusun sürücüsü idarəetməni itirərək aşıb. Hazırda yol hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Çoxlu sayda təcili yardım briqadaları sürətlə hadisə yerinə gəlib. Avtobusda olan 25 sərnişin yaralanıb, 4-nün vəziyyəti ağırdır. Bütün zərərçəkənlər tibbi yardım üçün yaxınlıqdakı xəstəxanalara aparılıb.