AZ

"Bəlkə də "Arsenal" yenilgiyə layiq deyildi, amma..." - Ruben Amorim

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim komandasının İngiltərə Kubokunun 1/32 finalında "Arsenal" üzərində qazandığı qələbəni (1:1, penaltilərlə 5:3) dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın mətbuat xidməti belə çatdırıb:

"Uşaqlar mübarizə apardılar. Bu, texniki və ya taktiki məqam deyil, məhz mübarizədir. Biz də daha çox bunu istəyirik. Vəziyyətdən asılı olmayaraq, meydanda döyüşməliyik. Məncə, onların daha çox qol imkanları oldu. Bəlkə də "Arsenal" yenilgiyə layiq deyildi, amma biz ortaya qoyduğumuz mübarizlik fonunda qələbəni haqq edirdik. Oyunun əvvəlində topsuz oynamaq asan deyildi, lakin topsuz qalanda da oyuna nəzarət etməyi bacarmalısan. İkinci yarının başlanğıcından hiss edirdim ki, sonda hər şey yaxşı olacaq. Bəlkə də rəqib penaltini boşa verəndən sonra ruhdan düşdü".

Nihat 
 

Seçilən
10
fanat.az

1Mənbələr