Venesuela müxalifətinin lideri Maçado Donald Trampa demokratiya uğrunda mübarizəni dəstəklədiyinə görə təşəkkür edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Maria Corina Machado, sosial media hesabında etdiyi paylaşımda bildirib.
Maçado Trampın Venesuelada demokratiya uğrunda mübarizəyə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edərək deyib:
\"Prezident Tramp və Venesuela xalqı qorxu və amansız zülmə qarşı duraraq cəsarətlə bir araya gəldi. Həmçinin hakimiyyətdən yapışmağa və ədalətdən yayınmağa çalışan cinayətkar rejimi rədd etmək üçün birləşdi.
Maduro və onun tərəfdaşları uğursuzluğa düçar olacaqlar. Biz həmişə azadlıq və ləyaqət axtarışımızda qərarlıyıq.
Təhlükəsizliyimi təmin etmək üçün göstərdiyiniz qayğı mənim üçün dönüş nöqtəsi oldu. Seçilmiş prezident Edmundo Qonzalesin rəhbərliyi altında Venesuela əvvəlkindən daha güclü və daha azad formada birləşəcək. O, Amerika qitəsi üçün sabitlik və güc mayasına çevriləcək.
Bununla belə, ikimiz də bilirik ki, azadlıq qalib gələcək\".
Oksana