AZ

Los-Ancelesdə daha 150 min sakin təxliyə edildi

Los-Ancelesdə yanğınları söndürən pilotsuz təyyarə yanğınsöndürən təyyarəyə çırpılıb.
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, FTB icazəsiz olduğu təsbit edilən mülki pilotsuz uçan aparatın araşdırıldığını açıqlayıb.
 
Bölgədə təxminən 150 min insan üçün təxliyə əmri verilib, eyni zamanda 700-dən çox bölgə sakini sığınacaqlara yerləşdirilib.
 
Digər tərəfdən, Kaliforniya ştatının rəsmiləri yanğınlar başlayandan bəri ən azı 40 dəfə icazəsiz uçan dronların yanğınsöndürənlərin havadan müdaxiləsini pozduğunu qeyd edib.
 
\"Nəzarət olunmayan yanğınların yaxınlığında pilotsuz uçan aparatlar uçduqda yanğınsöndürmə agentlikləri mümkün havada toqquşmaların qarşısını almaq üçün öz təyyarələrini yerə endirirlər. Havadan cavab tədbirlərinin gecikdirilməsi yerdəki yanğınsöndürənlər, sakinlər və yaxınlıqdakı obyektlər üçün risk yaradır və yanğınların yayılmasına səbəb ola bilər\" - deyə FAA-nın saytında bildirilib.

Qeyd edək ki, Los-Anceles və digər yanğınların davam etdiyi yerlərdə uçuş məhdudiyyətlərinin yanvarın 25-dək davam edəcəyi gözlənilir.

Xatırladaq ki, yanvarın 7-də ABŞ-nin müxtəlif yerlərində, xüsusilə Kaliforniya ştatının Los-Anceles şəhərində başlayan və güclü külək nəticəsində sürətlə yayılan yanğınlarda indiyədək 24 nəfər həyatını itirib, 16 nəfər itkin düşüb. Rəsmilər ölənlərin sayının artacağından narahatdır.
 
Mikayıl
Seçilən
22
azxeber.com

1Mənbələr