Alyansın mətbuat xidməti xəbər verir ki, NATO ölkələri yanvarın 13-dən fevralın 26-dək şərq cinahda qüvvələr yerləşdirmək üçün “Steadfast Dart 2025” (STDT25) təlimi keçirəcək.
Təlimlərdə 10 minə yaxın hərbçi iştirak edəcək. Məqsəd iştirakçı dövlətlər arasında əməliyyat uyğunluğunu yoxlamaq və qoşun yerləşdirmə təcrübəsini öyrənməkdir.
İştirakçı ölkələrin siyahısında Bolqarıstan, Fransa, Yunanıstan, İtaliya, Rumıniya, İspaniya, Sloveniya, Türkiyə və Böyük Britaniya yer alacaq. Böyük Britaniya ən çox əsgər və arsenal göndərəcək. O, 2,5 mindən çox əsgər və 730 texnika ayıracaq. Təlimlər Rumıniya, Bolqarıstan və Yunanıstan ərazisində xüsusi təyinatlıların (Müttəfiqlərin Reaksiya Qüvvələri, ARF) iştirakı ilə keçiriləcək. Desant əməliyyatları, döyüş aviasiyasının atışları və kombinə edilmiş manevrlər baş tutacaq. “Təlim ARF-nin keçən il yaradılmasından bəri ilk genişmiqyaslı yerləşdirməsidir… o, təxminən bərabər rəqiblə simulyasiya edilmiş münaqişə ssenarisində sınaqdan keçiriləcək”, – NATO-da izah ediblər.
//Samir Qurbanov, Editor.az