Bakı. Trend:
İran və Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq sənədiiki ölkənin münasibətlərinin inkişaf etdirilməsi istiqamətində birçox məsələlər nəzərə alınaraq tənzimlənib.
Trend-inməlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuatkatibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransındadeyib.
Onun sözlərinə görə, İran və Rusiya arasında ötən 3-4 il ərzindəhərtərəfli strateji əməkdaşlıq sənədi üzərində müzakirələr aparılıbvə yayda müzakirələr yekunlaşıb. Bu sənəddə bir çox sahələr, ocümlədən, iqtisadiyyat, müştərək investisiya, nəqliyyat, enerji,səhiyyə, kənd təsərrüfatı, quru, dəniz, hava vasitəsi iləyükdaşıma, müştərək problemlərlə, mütəşəkkil terrorizmlə mübarizə,təbii fəlakətlərin mənfi nəticələrinin azaldılması sahələri yeralıb.
Bəqai deyib ki, 2000-ci illərin əvvəllərində İran və Rusiyaarasında saziş imzalanıb. Saziş 2003-cü ildən icra olunmağabaşlanılıb. Hazırda da hər iki tərəf bu sazişi icra etməkdədir.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkianın 17 yanvardaMoskvaya səfər edəcək. Səfər çərçivəsində İran və Rusiya arasındahərtərəfli strateji əməkdaşlıq sənədinin imzalanacağıbildirilir.