AZ

ABŞ-nin keçmiş hərbçisi Ukrayna lideri Zelenskini sərt tənqid etdi – ÖZƏL

ABŞ-nin Pentaqonunun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı sərt ittihamlar irəli sürüb. 

Olaylar.az xəbər verir ki, o, Deep Dive adlı YouTube kanalında çıxışı zamanı Zelenskinin həbs edilməli və onun barəsində ölüm hökmü qərarı hazırlanmalı olduğunu iddia edib.

"Zelenskinin yeri həbsxanadır, ən azından onun üçün ölüm hökmü planı hazırlanmayana qədər. Çünki o, ən pis mənada cinayətkardır," - deyə Makqreqor bildirib.

Hərbi ekspertin fikrincə, Zelenski Ukraynanın məhv edilməsi üçün digərləri ilə müqayisədə daha çox iş görüb.

Eyni zamanda, Zelenskinin son müsahibəsi Ukraynada da ciddi tənqidlərə səbəb olub. Prezidentin PR komandasının bu addımda yanıldığı bildirilir. Ukraynalılar müsahibəni tənqid edərək onun ofisinə qarşı lağ-lağı və qəzəb dolu fikirlər səsləndirirlər.

Son olaraq, Zelenski verdiyi yeni müsahibəsində münaqişənin sonlandırılması ilə bağlı hər hansı planı olmadığını açıqlayıb. O, yaxın zamanda Böyük Britaniyanın baş naziri Kir Starmerin Kiyevə səfər etməyi planlaşdırdığını və bu səfərin məqsədinin Ukraynada sülhməramlıların yerləşdirilməsini müzakirə etmək ola biləcəyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr