AZ

Şimali Koreya əsgərlərinin qorxunc missiyası: Onlardan "dron yemi” kimi istifadə olunub

Şimali Koreya əsgərlərinin Ukraynadakı döyüşlərdə Rusiya ordusu tərəfindən \"dron yemi\" kimi istifadə edildiyi üzə çıxıb.

AZXEBER.COM xəbər verir ki, bu tip şayiələrlə İngiltərənin \"Daily Mail\" nəşri araşdırma yazısı dərc edib.
 
Belə ki, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri tərəfindən əsir götürülən Şimali Koreya əsgərinin gündəliyində Pxenyan əsgərlərinin döyüş meydanında \"dron yemi” kimi istifadə edildiyi üzə çıxıb. 

Qeyd edək ki, Şimali Koreya əsgərləri Ukrayna pilotsuz təyyarələrini çaşdırmaq üçün səngərlərdən çıxarılaraq düşmən atəşinə tutulub.

Əsgərin gündəliyində \"Yem hərəkətsiz olduqda və dəqiqliklə vurulduqda pilotsuz təyyarə sabitlənir” yazılıb.
 
Gündəliyə müəllifin ailə həsrəti və dostları ilə keçirdiyi ad günü ilə bağlı xatirələri daxil edilib. 

Ukraynalı komandirlər bildiriblər ki, Şimali Koreya əsgərləri təkcə dron yemi kimi deyil, həm də insan mina detektoru kimi istifadə olunub.

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) Rusiya ordusuna dəstək üçün Ukraynada yerləşdirilən ən azı 300 Şimali Koreya əsgərinin həyatını itirdiyini və təxminən 2700 əsgərin yaralandığını açıqlayıb.
 
Şimali Koreyanın döyüş təcrübəsinin olmaması və əsgərlərin səmərəsiz döyüş taktikası itkilərin artmasına səbəb olub.

Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Koreya lideri Kim Çen Ina mesaj göndərib ki, əgər o, Rusiyada saxlanılan ukraynalı məhbusların azad edilməsinə vasitəçilik etsə, yaralı Şimali Koreya əsgərləri öz ölkələrinə qaytarılacaq.
 
Mikayıl
Seçilən
10
azxeber.com

1Mənbələr