AZ

İran Fransaya etiraz notası verib

Bakı. Trend:

İran Fransanın İrandakı səfiri Nikola Roşa Fransanın terrorizməmünasibətdə ikili davranışına etiraz əlaməti olaraq nota verib.

Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransındadeyib.

Onun sözlərinə görə, ötən gün Fransa səfiri İran XİN-ə dəvətolunub.

"Fransa səfirinə Fransanın terror qruplarına ev sahibliyi etməsihaqda xəbərdarlıq edilib. Terror qruplarına ev sahibliyi etməkdənçəkinmək BMT-də hüquqi öhdəlikdir. Terrorizmi yaxşı və pisə bölməkdünyada qanunsuzluğun yayılmasına səbəb olur", - o qeyd edib.

Bəqai bildirib ki, Fransa prezidenti Emmanuel Makronun İranəleyhinə mövqeyinə İran reaksiya verib:

"Ümid olunur ki, Fransa özünü bu sərgərdan vəziyyətdən xilasedəcək və regional proseslər və region qarşısındakı konstruktivmövqe nümayiş etdirəcək".

İran XİN rəsmisi deyib ki, Fransa prezidentinin İranın nüvəproqramı ilə əlaqədar irəli sürdüyü iddialar əsassızdır. O əlavəedib ki, 20 ildir ki, bu iddialar heç bir qanuni əsası olmadanirəli sürülür.

“Siz bir gün belə tapa bilməzsiniz ki, İranın Afrikadamüstəmləkəçilik keçmişi olsun”, - deyə o qeyd edib.

Seçilən
8
2
az.trend.az

3Mənbələr