AZ

Nazir müavini: 27 təhsil müəssisəsinin təmiri 2025-ci ildə başa çatacaq

27 (22 ümumi təhsil) təhsil müəssisəsinin təmir-tikintisinin 2025-ci ildə başa çatması planlaşdırılır.

"Ölkəmizdə təhsil infrastrukturunun yaxşılaşdırılması sahəsində həyata keçirilən və icrası nəzərdə tutulan tədbirlər Elm və Təhsil Nazirliyi üçün prioritet məsələlərdəndir. Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı ilə bu sahədə həyata keçirilən proqramlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə 2003-2024-cü illər ərzində 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir edilib. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb".

"Operativ Media" xəbər verir ki, bu barədə Elm və təhsil nazirinin müavini, “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində deyib. 

 O bildirib ki, 2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu hesabına yeni məktəblərin tikintisi və əsaslı təmiri işləri həyata keçirilib: "57 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb, 21 təhsil müəssisəsinin təmir-tikintisi başa çatdırılıb, 9 müəssisədə isə son tamamlanma işləri aparılır, eyni zamanda 27 (22 ümumi təhsil) təhsil müəssisəsinin təmir-tikintisinin 2025-ci ildə başa çatması planlaşdırılır".

Seçilən
4
3
operativmedia.az

4Mənbələr