AZ

İxracdan gələn pulları ölkəyə qaytarmayanlar barədə cinayət işləri məhkəməyə göndərilib

Bakı. Trend:

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pulvəsaitlərini ölkəyə qaytarmamaqda təqsirləndirilən şəxslər barədəcinayət işləri məhkəməyə göndərilib.

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətininməlumatında deyilir.

Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixracedən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pulvəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlıDövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasındaprokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaqaparılır.

Belə ki, Quba rayon prokurorluğunda istintaq edilən cinayət işiüzrə “EA-Fruits” MMC tərəfindən kənd təsərrüfatı mallarınınkonsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilənümumilikdə 30.4 milyon ABŞ dollarından artıq pul vəsaitinin(müvafiq dövrün məzənnəsi ilə 51.8 milyon manatdan artıq)Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabınaqaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən Məmmədov AdilNüsrət oğlu iş üzrə Cinayət Məcəlləsinin 208.2.1 (qabaqcadan əlbirolan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdənqaytarmama) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə)maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsindəmüstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyihəyata keçirən prokurorun təqdimatı əsasında Quba rayonMəhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şəmkir rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə“Exspressagro” MMC tərəfindən kənd təsərrüfatı mallarınınkonsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilənümumilikdə 2,1 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiqdövrün məzənnəsi ilə 3,5 milyon manatdan artıq) pul vəsaitiniAzərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabınaqaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən Əliyev ToğrulElşən oğlu iş üzrə Cinayət Məcəlləsinin 208.2.1 (qabaqcadan əlbirolan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdənqaytarmama) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə)maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsindəistintaq orqanının qərarı ilə polisin nəzarəti altına verməqətimkan tədbiri seçilib.

Hər iki cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılmasıüçün müvafiq olaraq aidiyyəti üzrə Quba və Şəmkir rayon məhkəməsinəgöndərilib.

Seçilən
9
38
az.trend.az

10Mənbələr