Türkiyə ordusu İraq və Suriyanın şimalında 6 terrorçunu zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə,İraqın şimalında "Pəncə Kilid" əməliyyatı bölgəsi və Suriyanın şimalındakı "Barış Pınarı" bölgəsində müəyyən edilən ümumilikdə 6 terrorçu məhv edilib.
Nazirlikdən bildirilib ki, terror təşkilatlarına qarşı qabaqlayıcı və dağıdıcı tədbirləri davam etdirilir: "Terroru mənbəyində məhv etmək əzmindəyik".
Şəbnəm Mehdizadə