AZ

Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən müddətli həqiqi hərbi xidməti başa vuran hərbi quluqçuların Silahlı Qüvvələrin ehtiyatına buraxılması həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Poliqon”a bildirilib ki, hərbi hissələrin Döyüş bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirlərdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xidmətdə fərqlənmiş hərbi qulluqçular təltifləndirilərək onlara Vətənə şərəfli xidmətlərinə görə təşəkkür edilib, gələcəkdə cəmiyyətimizə layiqli vətəndaş olmaları arzulanıb.

Hərbi qulluqçular üçrəngli bayrağımızı öpüb, xidmət dövründə qazandıqları müsbət vərdiş və keyfiyyətlərə görə minnətdarlıq bildiriblər.

Tədbirin sonunda sərhədçi əsgərlər hərbi orkestrin müşayiəti ilə təntənəli şəkildə yola salınıb.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

1

2

3

5

6

7

Seçilən
4
6
poliqon.az

7Mənbələr