AZ

Bəxtiyar Hacıyevə hökm oxundu – Evi müsadirə olunacaq


Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmə əsasən, Bəxtiyar Hacıyevin Bakı şəhəri H.Zərdabi küçəsində olan evi və bank hesablarında olan vəsaiti müsadirə olunacaq.
Qeyd edək ki, dövlət ittihamçısı Bəxtiyar Hacıyevin 11 il müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.
Seçilən
3
7
yeniavaz.com

10Mənbələr