Bakı. Trend:
Ötən il qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilənyeddi milyondan artıq siqaret aşkar edilib.
Trend xəbərverir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, gömrük orqanları tərəfindən həyata keçirilmiştədbirlər nəticəsində ötən il-2024-cü il ərzində aksiz markasız vəya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 7256 037 ədəd xaricdə istehsal olunan siqaretlər, 13 266 litrspirtli içkilər, 105721,715 litr energetik içkilər, həmçinin aksizmarkalarının tətbiqi qaydalarının pozulması halları ilə əlaqədarAzərbaycan Respublikasının aksiz markası ilə markalanmış 292 litrspirtli içki saxlanılıb.
Eləcə də, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyiyanında Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən birgəkeçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 760 000 ədədaksiz markası ilə markalanmamış və ya məcburi nişanlanma ilənişanlanmamış tütün məmulatları və 300 000 ədəd saxta aksizmarkaları da qanunsuz dövriyyədən götürülüb.