Bakı. Trend:
Nizami və Səbail rayonlarında oğurluq edən şəxslərsaxlanılıblar.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Nizami rayonu Q.Qarayev prospektində yerləşənmağazadan qızıl-zinət əşyasının oğurlanması barədə polisə məlumatdaxil olub.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluqəməlində şübhəli bilinən E.Mansurov müəyyən olunaraqsaxlanılıb.
Nizami rayonunda polis əməkdaşlarının keçirdikləri digər tədbirnəticəsində isə rayon ərazisindəki apteklərin birindən oğurluğacəhd göstərən İ.İsmayılzadə, M.Sadıqov da müəyyən olunaraqsaxlanılıb.
Eyni zamanda Səbail rayonu ərazisində polis əməkdaşlarınınhəyata keçirdikləri tədbirlər zamanı isə müxtəlif vaxtlarda birnəfərin mobil telefonunu oğurlamaqda, digərinin isə mobiltelefonunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən,əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 33yaşlı M.Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.