AZ

Müxalifət liderindən Trampa müraciət: Maduro və silahdaşları...

Venesuelada müxalifət lideri Mariya Korina Maçado ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa demokratiya uğrunda mübarizəni dəstəklədiyinə görə təşəkkür edib.

Publika.az xəbər verir ki, bu barədə Maçado “X” sosial media hesabında paylaşım edib.

O, müxalifətdən prezidentliyə namizəd olan Edmundo Qonzalesə dəstək verdiyi üçün Trampa minnətdarlığını bildirib:

"Venesuela xalqı qorxu və qəddar zülmə qarşı cəsarətlə bir araya gəlib. Hakimiyyətdən yapışmağa və ədalətdən yayınmağa çalışan cinayətkar rejimi rədd etmək üçün birləşdi. Maduro və onun silahdaşları uğursuzluğa düçar olacaqlar. Təhlükəsizliyimlə bağlı vaxtında və qətiyyətli qayğınız dönüş nöqtəsi oldu. Yeni seçilmiş prezident Edmundo Qonzalesin rəhbərliyi altında Venesuela əvvəlkindən daha güclü olacaq. O, sabitlik və güc çırağına çevriləcək”.

Seçilən
6
publika.az

1Mənbələr