1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyə millisinin və "Mançester Yunayted"in qapıçısı Altay Bayındır "Arsenal"la matçdakı çıxışı ilə tarix yazıb.
Oxu.Az "Sky Sports"a istinadən xəbər verir ki, oyuna əsas heyətdə başlayan Altay biri əsas vaxtda olmaqla, 2 penalti dəf edərək 10 nəfər qalan komandasını növbəti mərhələyə daşıyıb.
Digər tərəfdən, Altay Bayındır 2013-2014-cü ildən bəri İngiltərə Kuboku matçında əsas vaxtda və penaltilər seriyasında penaltini dəf edən ilk Premyer Liqa qapıçısı olub.