AZ

Kimlər plastik cərrah işləyə bilər? - AÇIQLAMA

Bakı. Trend:

Plastik əməliyyatlardan ölüm hallarının baş verməsi son zamanlargündəmdən düşmür. Sosial şəbəkələrdə diplomu olmayan plastikcərrahlarla bağlı edilən paylaşımlar ölüm hallarını həmin diplomsuz“həkimlər”ə bağlamağa az da olsa əsas verir.

Bəs bu həkimlərə nəzarət necə həyatakeçirilir?

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Səhiyyə NazirliyiAnalitik Ekspertiza Mərkəzindən bildirilib ki, “Təhsil haqqında”Azərbaycan Respublikasının Qanunda müəyyən olunan qaydada alitəhsilli ixtisaslı həkim mütəxəssislər “plastik cərrahiyyə” işiüzrə tibbi praktiki fəaliyyətlə məşğul olmaq hüququnu əldəedirlər:

“Xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanıbitirən həkimlər Azərbaycan Respublikasının qanunvericiliyinəəsasən, öncə Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyivə Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə,praktik cərrahiyə üzrə peşə fəaliyyətlərini davam edə bilərlər.Həmçinin, bu ali təhsilə malik mütəxəssislər praktik tibbfəaliyyəti ilə məşğul olduqlarından, beş ildə bir dəfəsertifikasiyaya cəlb edilirlər.

Təəssüf ki, bəzi klinikalarda lisenziyasız fəaliyyət vəsertifikatsız həkimlərin tibbi praktiki fəaliyyətinə rast gəlinir.Plastik cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətingöstərilməsinə nəzarət, Səhiyyə Nazirliyinin müvafiq qurumlarıtərəfindən plan üzrə yoxlamalar, həmçinin, daxil olan şikayət vətəqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənaryoxlamalar şəklində aparılır”.

“Bir daha əhalinin nəzərinə çatdırırıq ki, Səhiyyə NazirliyiAnalitik Ekspertiza Mərkəzi tərəfindən istənilən klinikada oradaçalışan həkim və tibb personalının sənədləri planlı və plandankənaryoxlamalar zamanı yoxlanılır. Əgər planlı yoxlama zamanı hansısaneqativ hal aşkarlanarsa, müvafiq inzibati tədbirlər görülür.Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiqqanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri(inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlərhəyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin, ölüm faktlarızamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizəorqanlarının səlahiyyətinə keçir.

Bundan əlavə, hər bir pasiyentin müraciət etdiyi həkiminsertifikatını tələb etmək hüququ var. Əgər həkim həmin sertifikatıtəqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi,“qaynar xətt”i (012 596 07 12), [email protected] elektron ünvanı və yapharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edəbilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənaryoxlama aparılması barədə qərar qəbul edilir”,- deyə qurumdan əlavəedilib.

Estetik, Plastik və Rekonstruktiv Cərrah, Uzman Dr.Vüqar Ələkbərov məsələ ilə bağlı Trend-ə bildiribki, ölüm halları hər bir ixtisasda olur:

“Plastik cərrahiyyə də digər ixtisaslar kimi ciddi bir sahədir.Hər bir əməliyyatın riskləri var. Bu riskləri azaltmaq üçün dahamüasir və təchiz olunmuş klinikalarda, yüksək ixtisaslı, mütəxəssishəkim tərəfindən əməliyat aparılması düzgündür. Amma yenə dəriskləri sıfıra endirmək mümkün deyil. Vətəndaş gözü ilə baxandafərqlidir, amma təəssüf ki, tibbi və elmi olaraq nəzər salanda hərbir əməliyyat risklidir”.

Plastik cərrah bildirib ki, həmin həkimlərin fəaliyyətinəSəhiyyə Nazirliyi nəzarət edir.

“Həkim seçərkən ixtisasını tam şəkildə bitirmiş və dövləttərəfindən həmin ixtisasa aid diplom verilən həkimlər seçilməlidir.Sadəcə Tibb Universitetini bitirmək hüquqi əsas vermir ki, o şəxsəməliyyat etsin. Ondan sonra da 5 illik ixtisas üzrə təhsil almağıvacibdir”, - deyə həkim əlavə edib.

Seçilən
15
20
az.trend.az

10Mənbələr