Məşhur rusiyalı teleaparıcı Yuri Nikolaev Yeni il tətilindən sonra iki gün reanimasiyada yatıb. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Telegram kanalının məlumatına görə, Rusiyanın 76 yaşlı xalq artisti evində yıxılandan sonra xəstəxanaya yerləşdirilib. Onun ombası sınıb. Teleaparıcı mebelin üstündən yıxılıb.
"Klinikada Nikolaev təcili əməliyyat keçirdi. Yaşı və zəifliyi səbəbindən teleaparıcı əməliyyatdan sonra iki gün reanimasiyada yatıb. İndi Nikolaev adi palataya köçürülür",- paylaşımda yazılıb.
Tural