Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür və təşkilatdan çıxmaq barədə düşünmür.
"Kommersant"a istinadla xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan mətbuat konfransında bildirib.
Bu bəyanat Ermənistanın Avropa İttifaqına (Aİ) son müraciəti fonunda verilib.
O, Aİ-yə müraciəti ölkənin “paralel gündəmi” adlandırıb və xatırladıb ki, Ermənistan iqtisadiyyatının əsas vəzifəsi hansı təşkilatın - Aİ və ya Aİİ-nin üzvü olmasından asılı olmayaraq, sabitliyi təmin etməkdir. "Bizim vəzifəmiz bu proqramları müzakirə etmək deyil, iqtisadiyyatımızın davamlılığını və rəqabət qabiliyyətini artırmaqdır" - deyə, Papoyan qeyd edib.