AZ

Arıqlamaq istəyən ən azı bu qədər YATMALIDIR

Endokrinoloq Mariya Kaloşina deyir ki, arıqlamağa çalışan insanlar üçün gündəlik iş rejiminə nəzarət etmək xüsusilə vacibdir.

Medianews.az xəbər verir ki, Kaloşina, arıqlayan insanların ən azı səkkiz saat yatmasının və axşam saat 23-dən gec olmayaraq yatmasının vacib olduğuna diqqət çəkib.

“Saat 23:00 ilə 01:00 arasında piylərin parçalanması prosesində iştirak edən lipaz hormonu ifraz olunur”, – deyə o bildirib.

Bundan əlavə, endokrinoloq əlavə edib ki, arıqlamaq üçün səhər yeməyini atlamamaq vacibdir və onun kalori miqdarı ümumi gündəlik pəhrizin təxminən 35 faizini təşkil etməlidir.

Seçilən
13
medianews.az

1Mənbələr