Cenevrədə üç Avropa ölkəsi və İranın iştirakı ilə nüvə problemi ilə bağlı danışıqlar başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, danışıqlar media nümayəndələri üçün qapalı keçirilib. Eyni zamanda İran xarici işlər nazirinin müavini Kazım Qərib-Abadi jurnalistlərə açıqlamasında İslam Respublikası ilə yanaşı, Fransa, İngiltərə və Almaniyanın da tədbirə qatılacağını açıqlayıb.