AZ

Nazirlik plastik cərrahiyyə ilə kimlərin məşğul ola biləcəyinə aydınlıq gətirdi

Plastik əməliyyatlardan ölüm hallarının baş verməsi son zamanlar gündəmdən düşmür. Sosial şəbəkələrdə diplomu olmayan plastik cərrahlarla bağlı edilən paylaşımlar ölüm hallarını həmin diplomsuz "həkimlər"ə bağlamağa az da olsa əsas verir.

Bəs bu həkimlərə nəzarət necə həyata keçirilir?

Yenisabah.az trend-ə istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi mövzuya aydınlıq gətirib.

Mərkəzdən bildirilib ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunda müəyyən olunan qaydada ali təhsilli ixtisaslı həkim mütəxəssislər "plastik cərrahiyyə" işi üzrə tibbi praktiki fəaliyyətlə məşğul olmaq hüququnu əldə edirlər:

"Xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər qanunvericiliyə əsasən, öncə Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə, praktik cərrahiyə üzrə peşə fəaliyyətlərini davam edə bilərlər. Həmçinin, bu ali təhsilə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından, beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.

Təəssüf ki, bəzi klinikalarda lisenziyasız fəaliyyət və sertifikatsız həkimlərin tibbi praktiki fəaliyyətinə rast gəlinir. Plastik cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət, Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, həmçinin, daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır".


Telegram kanalımız
Seçilən
16
12
yenisabah.az

10Mənbələr