AZ

Peskov: “ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya siyasətini davam etdirəcək” – ÖZƏL

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Amerika Birləşmiş Ştatları qeyri-rəqabətli yollarla Rusiya şirkətlərinin mövqelərini zəiflətməyə davam edəcək. 

Olaylay.az xəbər verir ki, o, bu yanaşmanın müxtəlif sanksiyalar tətbiq etməklə həyata keçirildiyini vurğulayıb.

Peskovun bu açıqlaması 10 yanvar tarixində ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı sanksiya siyahısını genişləndirməsindən sonra verilib. Yeni məhdudiyyətlərə "Qazprom Neft", "Surqutneftqaz" və "Rosatom" şirkətinin baş direktoru Aleksey Lixaçev daxil edilib.

Mətbuat katibi ABŞ-nin bu siyasətini davam etdirəcəyinə əminliyini ifadə edərək bildirib ki, "Rosatom" qlobal bazarda liderlərdən biri olaraq fəaliyyətini davam etdirəcək:

"ABŞ-nin qeyri-rəqabətli yollarla bizim şirkətlərimizin mövqelərini zəiflətmək cəhdlərini davam etdirəcəyi açıqdır. Lakin biz bu siyasətə qarşı mübarizə aparacağımıza inanırıq," - deyə Peskov qeyd edib.

O əlavə edib ki, Moskva yeni məhdudiyyətlərə uyğun olaraq cavab tədbirləri görməyə davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr