Olaylay.az xəbər verir ki, o, bu yanaşmanın müxtəlif sanksiyalar tətbiq etməklə həyata keçirildiyini vurğulayıb.
Peskovun bu açıqlaması 10 yanvar tarixində ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı sanksiya siyahısını genişləndirməsindən sonra verilib. Yeni məhdudiyyətlərə "Qazprom Neft", "Surqutneftqaz" və "Rosatom" şirkətinin baş direktoru Aleksey Lixaçev daxil edilib.
Mətbuat katibi ABŞ-nin bu siyasətini davam etdirəcəyinə əminliyini ifadə edərək bildirib ki, "Rosatom" qlobal bazarda liderlərdən biri olaraq fəaliyyətini davam etdirəcək:
"ABŞ-nin qeyri-rəqabətli yollarla bizim şirkətlərimizin mövqelərini zəiflətmək cəhdlərini davam etdirəcəyi açıqdır. Lakin biz bu siyasətə qarşı mübarizə aparacağımıza inanırıq," - deyə Peskov qeyd edib.
O əlavə edib ki, Moskva yeni məhdudiyyətlərə uyğun olaraq cavab tədbirləri görməyə davam edəcək.