AZ

Rusiya MN: Ukrayna “Türk axını” boru kəməri infrastrukturuna hücum etməyə cəhd edib

Ukrayna “Türk axını” boru kəməri infrastrukturuna hücum etməyə cəhd edib.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın “Türk axını” boru kəmərini təbii qazla təmin edən Krasnodar bölgəsindəki kompressor stansiyasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum etməyə cəhd etdiyini bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb. 

Rusiya Müdafiə Nazirliyi açıqlamada Ukraynanın 9 PUA ilə “Türk axını” boru kəmərinə hücum etdiyi və hücumun məqsədinin Avropaya təbii qaz daşınmasını dayandırmaq olduğu bildirilib.

Seçilən
10
operativmedia.az

1Mənbələr