AZ

Bakıda 20 Yanvar qətliamının ildönümünə hazırlıq BAŞLADI

20 Yanvar qətliamının növbəti ildönümü ilə bağlı Şəhidlər Xiyabanında ilkin hazırlıq işlərinə başlanılıb.

Modern.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin qurumları artıq Xiyaban ərazisində zədələnmiş plitələr və yer örtüklərini yeniləri ilə əvəz edir, ərazi yuyulur, təmizlik və abadlıq işləri görülür.

Bir sıra ağacların budaqları və bəzi kollar budanır, qazon örtüyü yenilənir. Həmçinin Xiyabandakı hər iki məşəldə profilaktika işləri aparılır. Müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyaların yaradılması üçün ilkin hazırlıq işlərinə də başlanılıb.

Xatırladaq ki, növbəti həftə 20 Yanvar hadisələrinin 35-ci ildönümü tamam olacaq.

Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunan 20 Yanvar tarixi ölkədə qeyri-iş günüdür.


Fidan Eldarova

Seçilən
3
31
modern.az

10Mənbələr