Polşada ötən ilin yayında itən 240 tank əleyhinə mina böyük bir şirkətin anbarında tapılıb.
News24.az xəbər verir ki, hadisə böyük qalmaqal kimi dəyərləndirilib.
Ötən il iyulun 4-dən 7-dək 240 tank əleyhinə mina Polşanın şərq sərhədindəki Hajnovkadan qatarla Mostı kəndindəki sursat anbarına aparıldıqdan sonra müəmmalı şəkildə yoxa çıxıb. Hadisədən sonra bir general vəzifəsindən uzaqlaşdırılıb və dörd hərbçini 5 ilə qədər həbs gözləyir. Sözügedən minalar nəhəng bir şirkətin anbarından gəlib.
Polşa mətbuatında yer alan xəbərə görə, Poznan Vilayət Prokurorluğunun sözçüsü Lukasz Vavrzinyak bildirib ki, minalar iyulun 16-da mebel anbarının yaxınlığındakı dəmir yolu xəttində tapılıb və insidentdə iştirak edən hərbçilər çox ağır nəticələrlə üzləşəcəklər.
Polşanın müdafiə naziri Kosiniak-Kamysz radioya verdiyi müsahibədə insidentin lazımi təhlükəsizlik protokollarına uyğun idarə edildiyini bildirib və şəxsi heyətlə bağlı qərarlarla bağlı yeni qərarların qəbul edildiyini vurğulayıb.
Digər tərəfdən, minaların tapıldığı IKEA-nın Polşa baş direktoru Malgorzata Dobies-Turulska minaların hərbi polis tərəfindən toplandığını və hərbi polislə əməkdaşlığın çox rahat getdiyini bildirib.
Polşa mediası general-mayor Kepçinskinin işdən çıxarılmasının insidentlə bağlı xəbərlərin verilməsi prosesi ilə bağlı olduğunu yazıb. Məlumatlara görə, məsul şəxslər texnikanın itdiyini gizlətmək üçün sənədləri saxtalaşdıraraq anbarda olan minaların sayını düzgün çatdırıblar və minalar aşkar edildikdən sonra həqiqət üzə çıxıb.
Aynurə