AZ

XİN-dən Los Ancelesdə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ -ÖZƏL 

Beş gündür ki, Los-Ancelesdə yanğınlar dörd bir yanı əhatə edib. Yanğın nəticəsində həyatını itirənlərin sayının 24-ə yüksəlib, 16 nəfərdən isə hələ də xəbər yoxdur. Həmçinin, bu rəqəmlərin artma ehtimalının olduğu vurğulanıb.

 Los-Anceles Bölgəsi Tibbi Ekspertiza İdarəsinin  verdiyi məlumata görə təxminən 150 min nəfər üçün təxliyə əmri verilib, 700-dən çox sakinin isə sığınacaqlara yerləşdirildiyi qeyd edilib. Milli Meteorologiya Xidmətinin rəsmiləri yanğını daha da şiddətləndirə biləcək küləklərin 15 yanvar tarixinə qədər davam edə biləcəyi barədə xəbərdarlıq edib.

 Bəs görəsən Los Ancelesdə günü gündən vəziyyətin daha ağırlaşdığı bir dönəmdə orada yaşayan azərbaycanlıların can qüvənliyi, təhlükəsizliyi qorunurmu?  Orada yaşayan vətəndaşlarımızla bağlı hər hansı tədbir görüləcəkmi?

 

 Mövzu ilə bağlı Moderator.az-a   Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə danışıb. Bildirib ki, bununla bağlı müvafiq qaynar xətlər mövcuddur:

"Bizə Azərbaycan vətəndaşlarının zərər çəkməsi ilə bağlı məlumat daxil olmayıb. Orada yaşayan azərbaycanlılarımız üçün müvafiq qaynar xəttlər mövcuddur. Təhlükəsizlik xəbərdarlıqları edilib". 

Seçilən
5
moderator.az

1Mənbələr