Bakı. Trend:
Cenevrədə İran, Böyük Britaniya, Fransa və Almaniya dialoqukeçirilir. İranın Cenevrə danışıqlarında ilk və əsas məqsədi ölkəəleyhinə tətbiq olunan sanksiyaların ləğvinə çalışmaqdır.
Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransındadeyib.
Onun sözlərinə görə, bununla yanaşı, İran özünü gücləndirməyinyollarını öyrənib və iqtisadiyyatını sahib olduğuna arxalanaraqmöhkəmləndirməyə yönəldib.
Bəqai bildirib ki, İran sanksiyaların mənfi təsirlərini minimumaendirmək üçün həmişə çalışıb. Buna əsasən dialoqun əsasınısanksiyaların ləğvi məsələsi təşkil edir.
“Bir daha qeyd edim ki, Cenevrə danışıqlarında regional vəbeynəlxalq məsələlər, üç Avropa ölkəsi (Böyük Britaniya, Fransa vəAlmaniya) ilə ikitərəfli məsələlər, eləcə də, nüvə məsələlərimüzakirə olunur. Eyni zamanda İran tərəfi qarşı tərəflərin nüvəproqramı haqda irəli sürdüyü dinləyəcək”, - deyə o qeyd edib.
Əlavə edək ki, 29 noyabr 2024-də İran və 3 Avropa ölkəsi (BöyükBritaniya, Fransa və Almaniya) xarici işlər nazirləri müavinlərinindialoqunun ilk raundu Cenevrədə keçirilib. Bu dialoqun növbətiraundu 13-14 yanvarda Cenevrədə davam etdirilir.
Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı iləəlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa vəAlmaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub.2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həminilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran2020-ci ildə nüvə sazişində İranın hər hansı məhdudiyyətininolmayacağını elan edib.
Əlavə edək ki, 2020-ci ilin sonlarında İran parlamenti İranaqarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyalarınləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icraedilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən İran 23fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavəprotokolun icrasını dayandırıb. Bununla MAQATE-nin nəzarətmexanizmi 20-30% azalıb.
İran rəsmi səviyyədə bildirir ki, İranın strategiyası atombombasını əldə etməməkdir və İran kütləvi qırğın silahlarınınistehsalını əsla dəstəkləmir.