Bakı. Trend:
Nigeriya ordusunun ölkənin şimal-qərbində yerləşən Zamfaraəyalətinə endirdiyi aviazərbələr nəticəsində azı 16 mülki şəxshəlak olub. Hərbçilərin dinc sakinləri mütəşəkkil cinayətkar dəstəüzvləri bilib zərbələr endirdiyi ehtimal edilir.
Trend xəbər verirki, bu barədə BBC məlumat yayıb.
Aviazərbələrdə hədəf Zurmi və Maradun rayonlarında fəaliyyətgöstərən silahlı cinayətkar dəstələr olub.
“Əməliyyatın gedişində bir neçə quldur dəstə üzvü uğurlu şəkildəzərərsizləşdirilib və girov götürülmüş şəxslərin bəziləri azadedilib, bununla belə, Nigeriya hava qüvvələri əməliyyat zamanı dincsakinlər arasında olan itkilərlə bağlı xəbərlərdə son dərəcənarahatdır”, - deyə Nigeriya Hava Qüvvələrinin məlumatındadeyilir.