"Mançester Yunayted"in qapıçısı Altay Bayındır İngiltərə Kubokunun 1/32 final mərhələsində "Arsenal" üzərində qazandıqları qələbəni (1:1, penaltilərlə 5:3) şərh edib.
Fanat.Az xəbər verir ki, oyunun əsas vaxtında 11 metrlik cərimə zərbəsini dəf edən, pemaltilər seriyasında isə daha bir uğurlu seyvlə diqqət çəkən türk futbolçunun sözlərini "qırmızı şeytanlar"ın rəsmi saytı belə çatdırıb:
"Oynamırsansa, bunun önəmi yoxdur. Hər dəqiqə, hər saniyə hazır olmalısan. "Mançester Yunayted"in futbolçususansa, həmişə hazır olmalısan. Hər gün öz üzərimdə işləyirəm. Səbrliyəm və bu böyük komandaya kömək etmək istəyirəm".
Qeyd edək ki, İngiltərə Kubokunun son qalibi olan MY turnirin 1/16 final mərhələsində öz meydanında "Lester Siti"ni qəbul edəcək.
Nihat